Vaxt.Az

A (H3N2) nə qədər təhlükəlidir?


 

Azərbaycandakı qrip virusu ilə bağlı məlumat yayıldı

A (H3N2) nə qədər təhlükəlidir? «Azərbaycanda tək-tək hallarda A tipli qrip virusuna aid olan H3N2 aşkar olunur».

Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva APA-ya deyib ki, bu gün insanlarda əsasən respirator virus infeksiyalarına xas olan adena virus, paraqrip müşahidə edilir. Onun sözlərinə görə, tək-tək hallarda A tipinə aid olan virus yoluxmaları olur və bu, mövsümi haldır: «Xəstəliyin ağırlaşmasına insanlar özləri səbəb olur. Xəstəlik ona görə ağır keçir ki, insanlar yataq rejimə riayət etmir, həkimə getmir, müalicə almırlar. Bu qaydalara riayət edilmədikdə xəstəlik ağırlaşır. Amma ilk əlamətlər olduqda həkimin dediyi təyinatla müalicə olunsa, həmin şəxslərdə xəstəlik yüngül keçir, heç bir ağırlaşma-bronxit, pnevmaniya olmur. Xəstəliyin ağırlaşmasına insanlar özləri səbəb olurlar. Xəstə insanlar işə davam edəndə, evdən çıxanda ətrafdakıların da yoluxmasına səbəb olur».

A.Əliyeva qeyd edib ki, bu günə kimi nisbətən ağır respirator infeksiya keçirən xəstələrdən laborator müayinə üçün material götürülür və Respublika Taun Əleyhinə Stansiyanın laboratoriyasında müayinə olunur. Direktor müavini vurğulayıb ki, onların arasında bir neçə nəfərdə A tipli qrip virusuna aid olan H3N2 qeydə alınıb. Onun sözlərinə görə, H3N2 çox yüngül keçən mövsümi qripdir.

A.Əliyeva qeyd edib ki, Azərbaycanda insanların qripdən ölməsi ilə bağlı səsləndirilən fikirlər əsasızdır, indiyə kimi ölkədə qripdən ölən olmayıb.

 





09.01.2017    çap et  çap et