Bu barədə «Trend»ə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin rəhbəri Oqtay Bayramov məlumat verib.
Onun sözlərinə görə, «Palmali» Şirkətlər Qrupuna məxsus «DeepFlight DF-302 Super Falcon» sualtı qayığının FHN-ə bağışlanması barədə nazirliklə şirkət arasında razılıq əldə edilib. Qurum rəsmisi deyib ki, sualtı qayıq nazirliyə təhvil veriləndən sonra ötən ilin sonlarında Xəzər dənizində baş vermiş qəza nəticəsində itkin düşmüş neftçilərin axtarışına cəlb ediləcək.