Ekspertlər iddia edirlər ki, Amerika RƏM sistemi bu raketə nəzarət edə bilməz, çünki elə böyük bir sürətə yetir ki, onu faktiki olaraq yaxalamaq mümkün deyil. Yeni raket silahı Xirosimaya atılmış atom bombasını «uşaq oyuncağı»na çevirir.
«Sarmat» raketi
Həmçinin bu günlərdə aydınlaşıb ki, tez bir zamanda Rusiyanın Fransa və yaxud Texas boyda ərazini məhv etməyə qabil olan ən güclü nüvə raketləri meydana çıxacaq. O, ABŞ-ın qərb sahillərinə 12 dəqiqəyə uçmağa qadirdir. Raketlər 2018-ci ildə hazır olacaq.
«RS-28 (Sarmat)» səsdən sürətli yeni raket (NATO təsnifatında «İblis-2») nümayiş etdiriləcək. «RS-28» raketi sürəti saniyədə 4,3 milədək (7 km) inkiaf etdirməyə qabildir və raket əleyhinə sipəri təmin etmək üçün nəzərdə tutulub. O, 40 meqatona qədər döyüş başlığını çatdıra bilər – bu, 1945-ci ildə Xirosima və Naqasakiyə atılmış atom bombalarından, demək olar, iki min dəfə çoxdur.
Xəbər verilir ki, bu raketlərin köhnə «SS-18» (İblis) modeli əsasında silsilə istehsalına başlamaq planlaşdırılır.
Hökumətin açıqlaması və «Raketlərin Konstruksiyalaşdırılması Mərkəzi»nin elektron saytının yaydığı fotoşəkillərə əsasən, «Sarmat» raketi 16 nüvə döyüş başlığı daşıyır. Onun radarlardan yayınmaq və böyük ərazini vurmaq bacarığından «Известия» qəzeti də yazır. Qitələrarası «YARS RS-24» ballistik raketi Qələbə Günü bayramı zamanı Qızıl Meydanda, lakin «RS-28 (Sarmat)»-a qədər modifikasıyasız görünüb. 6213 mil (10 min km) mənzillik raket Moskvaya London və Avropanın başqa ölkələrinə hücum, həmçinin ABŞ-ın qərb və şərq sahillərinə çatmaq imkanı verir.
Köhnə silah
Hərbi ekspert İqor Sutyaqin deyir: "«SS-18» raketi otuz ildən çoxdur hazırlanır və artıq satış tarixi planlaşdırılır».
Beləliklə, hətta Rusiya və NATO münasibətləri qaydaya düşsə də, raketləri modernləşdirmək istəyi itməyəcək və Putin bu işin gözlənilməzliyini və nəticələrini vurğulamağa şad olacaq.
Sutyaqin həmçinin əlavə edib: «RƏM sisteminin təkcə sürətə görə deyil, həm də mürəkkəb trayektoriya üzündən bu raketi aşakarlamağı çətin olacaq».
Rusiya Müdafiə Nazirliyi «RS-28»in hazırlanmasını 2018-cin ilin sonuna doğru başa çatdırmağı və 2020-ci ilə «SS-18» nümunələrindən can qurtarmağı planlaşdırır. (Strateq.az)