Cənab Peskov Moskvada jurnalistlərə bu ittihamlardan artıq «bezdiyini» bildirib.
Cənab Peskovun sözləri gələcək ABŞ prezidenti Donald Trampa cümə günü ABŞ kəşfiyyatının hesabatının təqdim edilməsindən sonra ilk reaksiyadır.
Məxfiliyi açılmış hesabatda deyilir ki, Rusiya lideri seçkini təsirləndirmək məqsədilə aparılan kampaniyaya «əmr» verib.
Bazar ertəsi günü verdiyi şərhlərdə, cənab Peskov «Moskvanın hər hansı haker hücumunda iştirak etməsi iddiasını tamamilə rədd» etdiyini bildirib.
«Biz anlayırıq ki, bizim amerikalı həmkarlarımız öz tarixlərinin müxtəlif dövrlərində cadugər ovları aparıblar», o əlavə edib.