APA-nın «The Associated Press» agentliyinə istinadən verdiyi xəbərə görə, bu, şirkətin aktivlərinin «Verizon Communications»ə satılmasından sonra baş verəcək.
Eyni zamanda, «Yahoo!»nun rəhbəri Marissa Mayer və direktorlar şurasının 4 üzvü tutduqları vəzifələri tərk edəcəklər.
Bundan əvvəl «Yahoo!» 2013-ci ildə kiber hücum nəticəsində 1 milyard istifadəçisinin hesab məlumatlarının hakerlər tərəfindən ələ keçirildiyini ehtimal etmişdi. Qalmaqallı açıqlama «Yahoo!» ilə «Verizon Communications» arasında gözlənilən sövdələşməni təhlükə altına qoymuşdu.
ABŞ-ın ən iri mobil telefon operatoru və internet xidməti təchizatçılarından biri «Verizon» iyulda «Yahoo!»nu 4,83 milyard dollara satın alacağını bildirmişdi.
Xatırladaq ki, «Yahoo!» şirkəti 1994-cü ildə təsis edilib. Şirkətin axtarış sistemi dünyada ən məşhurlardan biridir.