Bütün dinlər, elm, fəlsəfi cərəyanlar, mədəniyyətlər, ədəbiyyat, incəsənət və s. - bəşəriyyətin yaratdığı dəyərlərdir.
Və Tanrının insana ən böyük ərməğanı onun beyni, şüurudur.
Məhz o şüurun sayəsində mən istər Qurandan, Tövratdan və ya İncildən, istər Platondan ya İbn Haldundan, Karl Marksdan və s. qəbul etdiyimi qəbul edər, etmədiyimi əlimin tərsi ilə rədd edərəm.
Dindən, kitabdan nəyisə rədd edirəmsə və bu mənə qadağan olunursa, o dinin islahata ehtiyacı var.
Bütün məscidlər bağlansın, dindarlar qovulsun deyənindən tutmuş ta ki, suyu ancaq dəstəmaz zamanı xatırlayanına qədər sadə həqiqətləri qəbul edə bilməyənlər haqda deyim ki, Onlar ancaq özləri-özlərini ayıra bilər... Bizlər məlum səbəblərdən bu zümrəni ayırmarıq.
Ateist, dinsiz dinlə, dindarla bir yerdə yaşamağa məcburdur. Ateisti qəbul etməyən dindar da, dini qəbul etməyən dinsiz də bu həqiqətlə barışmalıdırlar.
Cəmiyyət qurulanda - əgər cəmiyyəti yuxarıda haqqında bəhs etdiyim zümrədən biri qurmayıbsa - hər bir fərdin o sərhədlər daxilində yaşaması hesablanır, atam balası.
«Bir cərəyanın başlanğıcını da bizmi qoysaq, məsələn, «Şüurilər»», - arada düşünmürəm deyil.