Müəyyən tarixi dövrdə Fransa hakimlərinin dayağına çevrilən bu şəbəkənin nüfuzunun artması kilsəni və krallığı qorxuya saldı. Masonlara qarşı başlanılan repressiya sona çatdırılmadı. Təqibdən yaxa qurtara bilən orden üzvlərinin böyük bir qismi mühacirət etdilər, digər hissəsi gizli fəaliyyətə keçdilər. Hələ birinci Fransa inqilabında kral ailəsi eşafota çıxarılanda, tamaşaçı kütlənin arasından «Jak de Moley» (kral IV Gözəl Filipp tərəfindən edam edilmiş mason Ustadı) deyə qışqıraraq bu edamın qisas aksiyası olduğuna işarə vururdular.
«Charlie Hebdo» satirik jurnalının qətlə yetirilmiş əməkdaşlarının yas mərasimində bir amerikayanlısı dövlətin baş naziri Davudoğlunu adam yerinə qoymayan Fransa prezident Olland digər ABŞ yanlısı dövlətin rəhbəri Netanyahunu yanında oturdub onunla xosunlaşırdı. Şərq uğrunda əbədi rəqibi olan ABŞ-a dəstək verdiyinə görə Türkiyəyə düşmən gözü ilə baxan firəng başbilənləri digər ABŞ müttəfiqinə yanlarında yer verirlər. Çünki tarixin dərslərini yaxşı mənimsəyən Fransa yaxşı bilir ki, mason şəbəkəsi ilə münasibətlərin korlanması Paris küçələrini cəhənnəmə çevirər. Mason adlandırılan qruplar Fransadakı inqilabların, solçu iğtişaşların ilham və hərəkətvericisi olmasalar da, əsas dəstəkçilərindən olublar.
Razılaşmayıb, əks-arqument qoya bilərsiniz ki, hazırda Türkiyə və İsrailin Vaşinqtonla münasibətləri soyuqdur. Qətiyyən belə deyil. ABŞ Əkmələddin İhsanoğlu kimi dişsiz və xarizmasız adamı Ərdoğana rəqib göndərəndə, bilindi ki, yaxın beş ildə regional proyektlərini Ərdoğanla həyata keçirmək istəyir.
İsraillə münasibətlərdəki «soyuqluq» isə islam dünyasında etibar qazanmağa hesablanmış addımdır. Lap Ərdoğanın Davosdakı «van minut»u kimi. Əfqanıstan və İraqda etibarını itirmiş Birləşmiş Ştatlar islam dünyasına girmək üçün Türkiyəni, daha doğrusu Ərdoğanı seçdi və Davosdakı «van minut»la, «Mərmərə» gəmisi şousunu düzənləməklə onu müsəlmanların mənəvi xəlifəsinə çevirmək istədi. Doğrudur, Ərdoğan bir ara cızığından çıxmaq istədi və Ağ Ev 2013-ün 17 dekabrında Fətullah Gülənin «antikorrupsiya əməliyyatı» vasitəsilə ona barmaq silkələdi.
Göründüyü kimi, hər iki dövlət ABŞ-ın müttəfiqidir. Amma Paris birini aşağılayır, digərinə xüsusi hörmət göstərir. Səbəb «dərviş»in Parisi yenidən partlatmaq qorxusudur. O ki qaldı, hadisənin «Charlie Hebdo» satirik jurnalının» başında çatlamasına», başa düşmək üçün dərginin tarixini oxumaq yetər. Bu jurnal mason maraqlarından kənara çıxan kralların, dindarların, hətta dinlərin qatı tənqidçisi, hətta rüsvay edəni olub. Son hadisənin mason məkanında baş verməsi və Ollandın Netanyahu ilə xosunlaşması müsəlman dünyası üçün yaxşı heç nə vəd etmir.