1974-cü ildə anadan olmuş əl-Aysami ailədəki beş uşağın ikincisi olub. İddialara görə, onun atası Səddam Hüseynin zülmündən Suriyaya mühacirət etmiş nəslin nümayəndəsi Zeydan əl-Amin əl-Aysamidir. Anası Livan mənşəli Məddah ailəsinin varisidir. Əri kimi, o da dəruzi təriqətinin ardıcılıdır.
32 milyon nəfər əhalisi olan Venesuelada 200 min Livan və Suriya mənşəli yaşayır və onların əksəri dəruzidir.
Əl-Aysami prezident Nikolas Maduro tərəfindən bu il yanvarın 4-də vitse-prezident təyin edilib. Onun haqqında xoş olmayan iddialar mövcuddur.
Əl-Aysami Məddahın narkotik alverçisi, anti-semit, İran, «Həmas» və «Hizbullah» ilə əlaqələri olan siyasətçi imici var.
Doğrudur, özü bunu rəqiblərinin uydurmaları adlandırır. İxtisasca hüquqşünas olan vitse-prezident 1999-cu ildən Sosialist Partiyasının üzvüdür.
Prezident Çavesin dövründə ədliyyə və daxili İşlər naziri olub. Əl-Aysaminin xanımı Rada rudi Amer də mənşəcə suriyalı və dəruzidir.