Obama, həmçinin demokratiya dəyərlərinin ABŞ-da və dünyada zəifləməsi təhlükəsinin olmasına dair xəbərdarlıq edib. Onun sözlərinə görə, demokratiya dəyərlərinin zəifləməsi dünyada vətəndaş və beynəlxalq müharibələrinin yaranması ilə nəticələnə bilər.
Obama eyni zamanda İŞİD terror təşkilatının darmadağın olunacağına əmin olduğunu bildirib.
Qeyd edək ki, ötən ilin noyabrın 8-də ABŞ-də keçirilən seçkilərdə Donald Tramp rəqibi Hillari Klintona qalib gələrək ölkənin yeni prezidenti seçilib. Donald Trampın inaqurasiya mərasimi yanvar ayının 20-də keçiriləcək.