«Keçmiş sovet respublikasında qadınlar tez-tez abort eləməyə məcbur olurlar. Çünki ailələrin çoxu oğlan övladı istəyir», – deyə məqalədə qeyd olunur.
BMT-nin yanında UNFPA təşkilatı da abortlarda seksual ayrı-seçkilik ucbatından Ermənistanın «tənha kişilər cəmiyyətinə» dönəcəyini bəyan edib. UNFPA-nın Ermənistan üzrə sədr müavini Qarik Ayrapetyan deyib: «Yaxın 10-20 ildə ölkədə qadınların çatışmazlığı hiss olunacaq. Doğum templərinin kəskin şəkildə enməsi ciddi demoqrafik böhranla nəticələnəcək».
Q.Ayrapetyan əlavə edib: «2060-cı ilədək Ermənistanda 100 min potensial ana dünyaya gəlməyəcək».