Vaxt.Az

Ermənistan sərhədində sədd tikəcək


 

Türkiyə ilə Suriya arasındakı divar aprel ayında yekunlaşacaq

Ermənistan sərhədində sədd tikəcək Türkiyə Ermənistanla sərhəd boyunca divar tikməyi planlaşdırır. «Trend»in verdiyi məlumata görə, bu təklif hazırda Türkiyənin milli müdafiə və maliyyə nazirlikləri arasında müzakirə olunur.

3 metr hündürlüyündə olacaq beton bloklardan ibarət divar Türkiyənin Ardahan, Qars və İğdır vilayətləri boyunca ucaldılacaq.

Qeyd edək ki, hazırda Türkiyə Suriya ilə sərhəddə divarın ucaldılmasını davam etdirir. Burada işlərin bu ilin aprel ayında başa çatdırılacağı gözlənilir.

 





11.01.2017    çap et  çap et