Vaxt.Az

«Belə fəallığı gözləmirdim»


 

Oleq Kuznetsov: «Petisiyanı hər gün 350 insan imzalayır»

«Belə fəallığı gözləmirdim» 40 il əvvəl, 1977-ci il, 8 yanvarda erməni terrorçularının Moskva metrosunda törətdiyi partlayışla əlaqədar olaraq aparılan istintaqın «son dərəcə gizli» fonundan çıxarılmasını tələb edən 7 yanvarda başlatdığı petisiya haqqında Rusiyalı politoloq Oleq Kuznetsov «Eurasia Diary»yə eksklüziv müsahibə verib.

Onun başlatdığı petisiya sosial şəbəkələrdə və KİV-lərdə geniş rezonans doğurub.

 

- «Eurasia Diary»yə kampaniyanın ilk nəticələrindən danışıb.

- Oleq Yuriyeviç, erməni terrorçuları haqqında istintaq işinin məxfilikdən çıxmasını tələb edən imza kampaniyası necə gedir?

- Başlanğıc üçün mən oxuculara xatırlatmaq istəyərdim ki, «Eurasia Diary» ilk KİV-dir ki,  bu petisiya haqqında məlumatı dərc etdi. Siz birinci rus, ingilis və Azərbaycan dillərində informasiyanı dərc edib beynəlxalq səviyyədə bu işi ictimai müzakirəyə çıxardınız. Bu kampaniyanın  ilk nəticələri haqqında bilmək də sizin haqqınızdır.

 

- Sizin təşəbbüsünüzün ilkin nəticələri necədir?

- 12 yanvar, saat 9 üçün bizim kampaniyanın 1800 nəfər iştirakçısı var, orta hesabla - bir gün ərzində 350 insan bizim petisiyanı imzalayıb, dünən isə  gün ərzində 500 imza topladıq. Kampaniya iştirakçıları yalnız Rusiya və Azərbaycan vətəndaşları olmağı çərçivəsindən artıq çıxıb.  Petisiyanı imzalamağa Avropa ölkələrindən olan - Almaniya, Fransa, Hollandiya, Bolqarıstan, Ukrayna, Estoniya, həmçinin ABŞ və hətta İran sakinləri qoşulurlar. Hətta Latviya və Özbəkistan KİV-ləri də petisiyanı imzalamaq üçün link qoyublar. Mən sadəcə olaraq  avropalılardan belə fəallığı gözləmirdim. Ümumiyyətlə, mənim təşəbbüsümün bu qədər ictimaiyyət tərəfindən dəstəklənəcəyini düşünmürdüm.

Məndə şəxsən belə bir  təəssürat formalaşır: erməni terrorizmi mövzusunda dünya o qədər susdu ki, artıq insanlar öz fikirlərini bildirmək üçün imkan yaranan kimi istifadə etmək qərarına gəldilər. Aleksandr Dümanın oğlu demişkən «heç bir ordu vaxtı yetişmiş ideyanı dayandıra bilməz».

 





12.01.2017    çap et  çap et