APA-nın xəbərinə görə, D.Tramp bu barədə «The Wall Street Journal» qəzetinə müsahibəsində bildirib.
Eyni zamanda D.Tramp qeyd edib ki, Rusiya terrorçuluqla mübarizə və digər sahələrdə özünü müsbət tərəfdən göstərdiyi təqdirdə sanksiyalara lüzum qalmayacaq.
ABŞ-ın yeni seçilən prezidenti yanvarın 20-də keçiriləcək inauqurasiya mərasimindən dərhal sonra Rusiya prezidenti Vladimir Putinlə görüşməyə hazır olduğunu vurğulayıb.