Vaxt.Az

Rusiya prezidenti barədə sərt sözlər


 

Yeni müdafiə naziri: «Putin İkinci Dünya Müharibəsindən sonra bəşəriyyətə ən böyük təhlükədir»

Rusiya prezidenti barədə sərt sözlər Rusiya prezidenti Vladimir Putin İkinci Dünya Müharibəsindən sonra bəşəriyyət üçün ən böyük təhlükədir. «Eurasia Diary» «The İndependent»ə istinadən xəbər verir ki, bunu Donald Tramp administrasiyasında müdafiə naziri postunu tutacaq general Ceyms Matis (James Mattis) Senatda çıxışında deyib.

O, əlavə edib ki, dünya ikinci dünya müharibəsindən bəri çox böyük hücum təhlükəsi altındadır.

General Mattis bildirib ki, Rusiya prezidenti Vladimir Putin Şimali Atlantika alyansını məhv etməyə çalışırdı, buna görə də, ABŞ özünü qorumaq üçün müəyyən addımlar atmalıydı.

Senatda generaldan İranın nüvə silahı ilə bağlı danışıqlar haqda da soruşublar. General cavabında bildirib ki, İranın nüvə silahı məsələsi Yaxın Şərqdə təhlükə törədir və ABŞ-ın bu təhlükənin qarşısını almaq üçün danışıqlarda iştirakı düzgün addımdır.

Ceyms Mattisin bu iki bəyanatı Donald Trampın Rusiya və İranla bağlı fikirləri ilə üst-üstə düşmür.

General Mattis NATO-nu müasir tarixdə ən uğurlu hərbi alyans hesab edib, halbuki,  Donald Tramp bu hərbi alayansı tənqid edirdi.

Mattis digər maraqlı məqamlara da toxunub. O, deyib ki, Amerika verdiyi sözün üstündə durub və müttəfiqləri ilə birgə çalışmağa hazırdır.

Senatda generala həmçinin, ABŞ ordusunda xidmət edən qadınlarla bağlı sual da verilib. General suala cavabında qadınların hərbi təlimlərdə iştirak etməsinə qarşı olmadığını deyib.

Xatırladaq ki,  ABŞ generalı Ceyms Mattis əvvəlki çıxışlarında qadınların və homoseksualların orduda xidmət etməsinə qarşı olduğunu açıqlamışdı.

 





14.01.2017    çap et  çap et