Vaxt.Az

«Qarabağ məsələsi Tramp üçün maraqlı deyil»


 

Maykl Bom: «Azərbaycan Cənubi Qafqazda ABŞ-ın vacib tərəfdaşıdır»

«Qarabağ məsələsi Tramp üçün maraqlı deyil» Trampın prezidentliyi dövründə ABŞ-ın Qarabağ münaqişəsinin həllində iştirakı minimuma endiriləcək. Bunu virtualaz.org-a eksklüziv müsahibəsində amerikalı politoloq Maykl Bom deyib.

«Dağlıq Qarabağ məsələsinin həlli Obama administrasiyasını çox da narahat etmirdi, Ştatların daxili problemlərinin prioritet olduğunu bəyan etmiş Trampın dövründə isə Vaşinqtonun bu münaqişənin tənzimlənməsində iştirakı daha az olacaq», - politoloq bildirib.

Bom qeyd edir ki, Ermənistan-Azərbaycan qarşıdurması da daxil olmaqla, postsovet məkanında münaqişələrin siyasi yollarla tənzimlənməsi ABŞ-ın seçilmiş prezidentinin xarici siyasət maraqlarının əsas blokuna daxil deyil.

«Buna baxmayaraq, Vaşinqton münaqişənin kəskinləşəcəyi təqdirdə, Azərbaycanla Ermənistan arasında hərbi qarşıdurma bərpa ediləcəyi hallarda fəallıq nümayiş etdirə bilər», - amerikalı ekspert güman edir.

Bununla birgə, o hesab edir ki, Azərbaycan və daha da çox Gürcüstan Cənubi Qafqazda ABŞ-ın vacib tərəfdaşlarıdır.

«Gürcüstan ABŞ-a loyallığını daha açıq şəkildə nümayiş etdirir, ələlxüsus da Amerikanın rəhbərlik etdiyi İraq və Əfqanıstan əməliyyatlarında iştirakı ilə. Azərbaycan isə ABŞ və Rusiya ilə münasibətlərində balansı qorumağa çalışır», - bununla politoloq Gürcüstanın prioritet mövqeyini izah edib və əlavə edib ki, digər geosiyasi dünya mərkəzlərinin iştirakı olmadan Rusiya təkbaşına Qarabağ münaqişəsini tənzimləyə bilməz.

Ümumilikdə isə, Bom vurğulayıb ki, respublikaçılar hökuməti xüsusilə ticari-iqtisadi sahədə Azərbaycanla münasibətlərin inkişafında maraqlıdır.

 





14.01.2017    çap et  çap et