Məhz buna görə, aprelin 2-də keçiriləcək parlament seçkilərində hakim partiyanın siyahısına müdafiə naziri Vigen Sərkisyan rəhbərlik edəcək.
Plana əsasən, 2018-ci ilin aprelinə qədər, yəni Sərkisyanın prezidentlik səlahiyyətləri başa çatana qədər hakim Respublika partiyası prezidentin baş nazir olması üçün tədbirlər hazırlayacaq.
Məlumata görə, 2018-ci ilin aprelin 9-da isə Vigen Sərkisyan istefa verəcək və Sərkisyan baş nazir postuna gələcək.
Qeyd edək ki, Ermənistan prezidenti Serj Sərkisyan Karen Karapetyanı baş nazir təyin etməklə böyük səhvə yol verdiyini etiraf edib. İddia edilir ki, Karapetyan Sərkisyan rejimini parçalamaqla məşğuldur. Bu isə illərlə Sarkisyanın klanında olan məmurları ciddi narahat etməyə başlayıb.