Vaxt.Az

Ərdoğandan yunanlara sərt xəbərdarlıq


 

«Türkiyə olmadan hansısa məsələnin həllinə arxalanmasınlar»

Ərdoğandan yunanlara sərt xəbərdarlıq Türkiyə prezidenti Ərdoğan ölkə ordusunun bölünmüş Kipr ərazisindən tamamilə çıxarılması barədə məsələnin müzakirə olunmadığını bəyan edib.

«Biz Kipr və Yunanıstan rəhbərliyinə açıq-aşkar bəyan etdik ki, təminat qarantı olaraq Türkiyə olmadan hansısa məsələnin həllinə arxalanmasınlar», – deyə Ərdoğan bildirib.

Ərdoğanın sözlərinə görə, Kiprin türk icmasının nümayəndələri məsələnin həllində «fəal və düzgün işləyirlər».

«Lakin Kipr və Yunanıstan rəhbərliyi bu məsələnin həllini başqa cür görürlər» – deyə Erdoğan bildirib.

Xatırladaq ki, Kiprin birləşdiriliməsiylə bağlı danışıqlar bazar ertəsi Cenevrədə BMT-nin başçılığı ilə başlanıb.

BMT nümayəndəsinin sözlərinə görə, təmsil etdiyi təşkilat danışıqlarda hakim kimi deyil, köməkçi rolunda çıxış edir.

BMT nümayəndəsi Espen Barth Eide Kipr icmaları ilə danışıqlarda Türkiyə rəhbərliyi ilə daima dialoqun aparıldığını qeyd edib. Onun sözlərinə görə, danışıqlar sülh prosesinin uğursuzluqla nəticələnməsinə yol verməyəcək dərəcədə yüksək səviyyədədir.

 





13.01.2017    çap et  çap et