Bildirilir ki, Ş.Cavadov 1 ay əvvələdək Bakı Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat Departamenti 3 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfat Birliyi 144 saylı MKİS-in rəisi işləyib. 1 ay əvvəl isə o, 3 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfat Birliyində digər vəzifəyə keçirilib.
Onun müxtəlif şəxslərə külli miqdarda borcunun olduğu bildirilirdi.
«JEK» rəisi Ş.Cavadovun həm keçmiş, həm də sonuncu iş yerində intiharın şəxsi problemlər səbəbindən baş verdiyini bildirirlər.
144 saylı MİS-dən virtualaz.org-a verilən məlumata görə, işdə hər hansı probleminin olduğunu hiss etdirməyib: «Bizim rəisimiz olub, bizə qarşı pis adam olmayıb. 3-4 ay idi işini dəyişmişdilər, 3 saylı MİS-ə rəis təyin olunmuşdu. Nəsə şəxsi problemləri var idi, nədən ibarət olduğunu biz bilmirik».
Ş.Cavadovun sonuncu iş yeri olan 3 saylı MİS-dən də onun işdə heç bir problem olmadığını bildirdilər.
«İşdə heç bir problem yox idi, çox mehriban, sadə, başıaşağı adam idi. Ailəsi, uşaqları var, amma problemlərinin olmasından xəbərimiz olmayıb. Deyirlər, çoxlu borcu olub, biz də eşidəndə çox pis olduq», - deyə MİS-dən bildirdilər.