Parisin Sosialist Partiyasından olan bələdiyyə sədri Anne Hidalgo Parisin 2024-cü ildə keçiriləcək Yay Olimpiya Oyunlarına və «2025 Expo»ya namizəd olduğunu xatırladaraq həm Eyfel qülləsinin, həm də Parisin marka dəyərinin artıracaqlarını deyib.
Bələdiyyə məclisinin qəbul edəcəyi 15 illik plan üzrə hər il 20 milyon avro xərclənməsi planlaşdırılır.
Dünyanın ən çox turist qəbul edən ilk 3 şəhəri arasında yer alan Parisdəki Eyfel qülləsini 2015-ci ildə təxminən 7 milyon turist ziyarət edib. (AzərTAc)