«Türkiyənin üzərində indi də birjalarda oyun oynayırlar. Bu oyun hər keçən gün güclənir. Bu gün də çirkli oyunlar gedir, davam edir. Bu oyunu pozmaq üçün hamı əlini daşın altına qoymalıdır. Buradan mən siz iş adamlarına müraciət edirəm, ölkəyə yatırım qoyun, pullarınızı xərcləyin. Bunu ölkəmiz üçün edin. Türkiyə dövləti bu yatırımı qoyan heç bir iş adamını unutmayacaq. Ona görə sizə deyirəm, risk edin, yatırım qoyun. Riskdən qorxmayın».
Prezident hökuməti və Mərkəzi Bankı da valyuta oyunlarında gərəkən addımları zamanında atmamaqda ittiham edib: «Bəzən zamanında qərar verə bilmirlər, gecikirlər».
Xatırladaq ki, dollar Türkiyədə rekord səviyyədə qalxıb. Belə ki, bir dollar 4 lirə səviyyəsində cərəyan edir.