Vaxt.Az

«Heç kimə icazə vermirəm»


 

Nazpəri Dostəliyeva əsəbiləşdi

«Heç kimə icazə vermirəm» «Öndəgedən müğənninin qalmaqalı olmalıdır. Amma müğənni qabaqda gedər, qalmaqal arxada qalar. Yaxşı ifaçının paxıllığını çəkənlər çox olur». Axşam.az-a istinadən xəbər verir ki, bu sözləri xalq artisti Nazpəri Dostəliyeva açıqlamasında deyib.

«Lider magazin» verilişində qonaq olan müğənni şəxsi həyatına müdaxilə edənlərə sərt cavab verib: «Mənim şəxsi həyatım haqqında kimlərsə nəsə danışmaq istəyərsə, qarşılarında məni görəcəklər. Bu haqda danışmağa heç kimə icazə vermirəm».

N.Dostəliyeva aparıcı Lamiyə Ələkbərqızının verilişində mikrofonu atıb getməsinə münasibət bildirib: «Yeni il verilişi idi, çox gözəl keçdi. Bir neçə dəfə canlı mahnı oxudum. Sonuncu ifadan sonra dedim ki, evdə məni gözləyən var getməliyəm. Amma Lamiyə xanım icazə vermədi, mənə hörmət etdiyinə görə, yenə oxutdurdu. Sonda aparıcını öpdüm, bayramını təbrik edib qaçdım. Gərəksiz qalmaqal bizə aid deyil».

L.Ələkbərqızı «Mən qalmaqal edənə oxşayıram? Nazpəri Dostəliyeva sənəti ilə sözünü deyən adamdır. Yenə də verilişlərimizdə onu gözləyirik» deyə, əlavə edib.

 





15.01.2017    çap et  çap et