Vaxt.Az

Azərbaycan və Çexiya memorandum imzalayacaq


 

Enerji sahəsində qarşılıqlı anlaşmaya dair...

Azərbaycan və Çexiya memorandum imzalayacaq Çexiyaya iri neft tədarükçülərindən biri olan Azərbaycan enerji sahəsində əməkdaşlığın inkişaf etdirilməsində maraqlıdır. Azərbaycanın Çexiyadakı səfiri Fərid Şəfiyev bu barədə «Trend»ə bildirib.

Onun sözlərinə görə, hazırda Azərbaycan və Çexiya arasında enerji sahəsində qarşılıqlı anlaşmaya dair memorandum hazırlanır.

Səfir deyib: «Bu memorandumun imzalanması iki ölkə arasında əməkdaşlığın dərinləşməsi üçün yeni imkanlar yaradacaq».

Diplomat bildirib ki, memorandumun layihəsi üzərində iş bitdikdən sonra sənəd Azərbaycanın energetika naziri Natiq Əliyevin Praqaya səfəri çərçivəsində imzalanacaq. Səfərin bu il baş tutacağı planlaşdırılır.

Qeyd edək ki, Azərbaycanın Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, iki ölkə arasında mal dövriyyəsi 2016 ilin yanvar-noyabr aylarında 312,02 milyon dollar təşkil edib.

 





15.01.2017    çap et  çap et