Vaxt.Az

Depp boşandı


 

7 milyon dolları «tərləyən» «Kapitan Sərçə», 2 itini və atını da itirdi

Depp boşandı Hollivudun kino ulduzları Amber Hard (Amber Heard) və Conni Deppin (Johnny Depp) aylar çəkən boşanması tamamlanıb.

53 yaşlı Depp keçmiş yoldaşına 7 milyon dollar (12,8 milyon AZN) ödəməyə razılaşıb. Amber Hard deyir ki, bu pulu iki xeyriyyəçi təşkilat arasında böləcək.

Cütlüyün aldığı itlər, Pistol və Bu, 30 yaşlı Hard ilə yaşayacaq.

Məhkəmə sənədlərinə əsasən xanım Heard deyib ki, cənab Depp onunla kobud davranıb və fevralda baş verən dava zamanı mobil telefonunu üzünə atıb.

Cənab Deppin vəkili iddiaları rədd edərək deyib ki, xanım Hard «döyülmə iddiaları ilə erkən maddi qərar əldə etməyə çalışır». Hadisə yerinə gələn polislər deyiblər ki, cinayətin baş verməsinə işarə edən heç bir dəlil aşkar etməyiblər.

Boşanmanın əsas şərtləri barədə razılaşma avqust ayında əldə olunmuşdu, lakin vəkillər Deppin 7 milyonu dollar birbaşa xeyriyyəçi təşkilatlara yoxsa Harda ödəyəcəyi barədə yalnız indi razılaşıb.


Boşanmanın şərtləri


Depp, Harda 7 milyon dollar ödəyəcək

Pistol və Bu adlı itlər və Arrou adlı at Hard ilə qalacaq

Depp daşınmaz əmlakın sahibi olaraq qalır (o cümlədən Los Anceles və Parisdəki evlər və Baham adalarındakı şəxsi ada)

40-dan çox avtomobil və gəmi Depp ilə qalacaq

Hard Deppə qarşı tələb etdiyi uzaqlaşdırma qərarını ləğv edəcək

Hər ikisi münasibətləri barədə açıqlama verə bilməz.

 





15.01.2017    çap et  çap et