Vaxt.Az

İŞİD-in ölümcül hücumu


 

Terrorçular Suriyada və İraqda işğal etdikləri əraziləri birləşdirmək istəyir

İŞİD-in ölümcül hücumu Özünü «İraq-Şam İslam Dövləti» (İŞİD) adlandıran qruplaşmanın döyüşçüləri, şərqi Suriyada Deyr əl-Zor şəhərinin hökumətin idarə etdiyi ərazilərinə hücum edib.

Hücum nəticəsində onlarla adamın öldüyü deyilir.

Suriya İnsan Haqları Müşahidə qrupunun bildirdiyinə görə, 12 hökumət əsgəri və 20 İŞİD terrorçusu öldürülüb.

Qrupun sözlərinə əsasən İŞİD-in raket hücumu nəticəsində bundan başqa azı 2 mülki şəxs həlak olub.

2015-ci ilin əvvəllərindən İŞİD döyüşçüləri şəhərin hökumətin idarə etdiyi hissələrini mühasirəyə alıb.

Deyr əl-Zor şəhərinin yarısı və eyni adla tanınan vilayətin əksər hissəsi İŞİD-in nəzarəti altındadır.

Deyr əl-Zor, terrorçuların Suriyadakı «paytaxtı» kimi tanınan Raqqa ilə qrupun İraqda idarə etdiyi ərazini birləşdirir.

 





15.01.2017    çap et  çap et