Vaxt.Az

ABŞ əsgərləri Rusiyanın başı üstündə


 

Dəniz piyadaları Norveçə gəlir

ABŞ əsgərləri Rusiyanın başı üstündə ABŞ dəniz piyadaları Norveç ordusuna təlim keçmək və ortaq hərbi manevrlər keçirmək üçün bu ölkəyə göndəriləcək.

Strateq.az-ın bu ölkənin NRK telekanalına istinadən bildirdiyinə görə, ortaq qış manevri üçün 330 ABŞ dəniz piyadası sabahdan etibarən, ən azı, bir illiyinə Norveçdə öz hərbi missiyasını yerinə yetirəcək.

Norveç Silahlı Qüvvələri də hər iki ölkə əsgərlərinin şimalda hərbi qış manevri keçirəcəyini etiraf edib.

ABŞ əsgərlərinin öz sərhədlərinə yaxınlaşmasına Rusiyanın reaksiyası isə birmənalıdır. Moskva bunun yaxşı bir əlamət olmadığına inanır. Norveçin NRK telekanalına açıqlama verən Rusiya Xarici İşlər Nazirliyi sözçüsü Mariya Zaxarova, bu ölkə ilə aralarında hər hansı bir problem olmamasına baxmayaraq,  Amerika əsgərlərinin Norveçdə yerləşdirilməsinə məna verə bilmədiklərini deyib.

 





15.01.2017    çap et  çap et