Layihənin tərəfdaşları TPICO (İran İslam Respublikası) 49 faiz, «Azersun Holdinq» 26 faiz, Azərbaycan İnvestisiya Şirkəti 25 faiz pay sahibinə malikdirlər. Layihə 3 mərhələdən ibarət olacaq.
Birinci mərhələdə həb, kapsul, ikinci mərhələdə ampula, flakon, üçüncü mərhələdə isə antibiotik dərmanlarının istehsalı həyata keçiriləcək.
Birinci mərhələdə zavodun istehsal gücü ildə 200 milyondan çox həb və kapsula, 54 təsiredici maddə, 84 adda dərman preparatı olmalıdır.
Təməlqoyma mərasimi çərçivəsində səhmdarlar arasında saziş imzalanıb.
Qeyd: Ötən il noyabrın 2-də Pirallahı Sənaye Parkında ilk dərman zavodunun inşasına başlanıb. Bu Azərbaycan-Rusiya birgə əczaçılıq zavodu 2020-ci ildə tam istehsalat gücünə çatmalıdır.
Pirallahı Sənaye Parkında zavodun təməlqoyma mərasimində iştirak edən iqtisadiyyat nazir Ş.Mustafayev layihənin mərhələlər şəklində davam edəcəyini bildirmişdi: «Bu ilin sonundan etibarən infrastruktur işləri, gələn ildən isə istehsalat sahələrinin tikintisi başlayacaq. Zavod tam istehsalat gücünə 2020-ci ildə çatacaq».