Vaxt.Az

«Rusiyanın Suriyaya müdaxiləsi «pis şeydir», amma…»


 

Tramp Britaniyanın Avropa İttifaqından çıxmasını alqışlayıb

«Rusiyanın Suriyaya müdaxiləsi «pis şeydir», amma…» ABŞ prezidenti seçilmiş Donald Tramp Londonda çıxan «The Times» qəzetinə deyib ki, Vladimir Putin nüvə silahlarının ixtisarı barədə sazişi imzalamağa razılıq versə, Moskvanın üzərindəki bəzi sanksiyalar ləğv oluna bilər.

«The Times» və Almaniyanın «Bild» qəzetlərinə eyni vaxtda müsahibə verən Donald Tramp deyib ki, o «Birləşmiş Ştatların və Rusiyanın nüvə cəbbəxanalarını nəzərəçarpacaq həcmdə ixtisar etməsini»istəyir.

Trump bu müsahibədə Moskvanın Suriyayaya müdaxiləsini öz terminologiyası ilə «pis şey» adlandırıb.

Moskvanı tənqid edən Tramp deyib ki, Rusiya Suriya müharibəsinə girməklə «humanitar fəlakət» yaradıb.

Tramp Britaniyanın Avropa İttifaqından çıxmasını alqışlayıb. O deyib ki, «liberal miqrant siyasətinin nəticələri» başqa ölkələrin də ittifaqdan çıxmasına səbəb olacaq.

Donald Tramp deyib ki, Almaniya kansleri Angela Merkel öz ölkəsinin qapılarını «sənədsiz miqrantlara» taybatay açmaqla «fəlakətli səhv» edib.

Bu müsahibədə Tramp bir daha NATO-nun «üstünə düşüb».

O deyib ki, bu təşkilat köhnəlib və onun 28 üzvündən yalnız beşi üzvlük haqqını tam ödəyir.

Bununla belə o, əlavə edib ki, NATO onun üçün «çox mühümdür».

Donald Tramp bir daha təsdiqləyib ki, kürəkəni Ceyred Kuşneri Yaxın Şərq münaqişəsinin çözümü üzrə vasitəçi edəcək.

O kraliça 2-ci Yelizavetanı tərifləyib və bildirib ki, ABŞ tezliklə Britaniya ilə ticarət sazişi imzalayacaq və onun özü tezliklə baş nazir Tereza Meylə görüşəcək.

 





16.01.2017    çap et  çap et