Bankın nizamnamə kapitalının yeni səhmlərin emissiyası yolu ilə 600 milyon manat məbləğində artırılmasını nəzərdə tutan emissiya prospekti Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasında qeydiyyata alınıb. Beləliklə, ABB-nin nizamnamə kapitalı 1 milyard 241 milyon 287 min 247.85 manata çatdırılmış olacaq. Bu barədə «Marja»ya Bankdan bildirilib.
«Nizamnamə kapitalının artırılması Azərbaycan Beynəlxalq Bankının sağlamlaşdırılması tədbirlərinin tərkib hissəsidir» – Bankın İdarə Heyətinin sədri Xalid Əhədov belə deyib. Onun sözlərinə görə, ABB-nin kapitalının gücləndirilməsi üçün digər tədbirlər də nəzərdə tutulur.