Prokurorluğun xüsusi komissiyası Li Cay Yonqun həbsi üçün order verib. Cay Y.Li ölkə prezidenti Pak Kın Xenin vəzifəsindən uzaqlaşdırılmasına səbəb olan korrupsiya qalmaqalına görə həbs edilib. O, rüşvətxorluqda ittiham edilir.
Məlumata əsasən, «Samsung» şirkəinin vitse-prezidenti Cay Y.Li 2015-ci ildə Almaniyada yerləşən bir şirkətlə 18 milyon dollar məbləğində müqavilə imzalayıb. Bu şirkət isə Pak Kın Xenin rəfiqəsi Çoy Sun Silə mənsubdur.
Pensiya fondunun sədri Mun Xyön Pxyö də korrupsiyada ittiham edilərək həbs edilib.