Son məlumata görə, Ərdəbil sement zavodunun (karxana) müdir-amili Adil Ruhi Ərdəbil valisinə məktub yazaraq zavodun bağlanmasını elan edib. O bölgədə sementə olan tələbatın azalması, zavodun qonşu vilayətlərin zavodları ilə rəqabət gücündə olmaması və anbarlarda 270 min ton sementin mövcud olduğunu qeyd edərək zavodun bağlanmaq məcburiyyətində qaldığını açıqlayıb.
Məktubda zavodun yanvarın 4-dən rəsmən bağlandığı, lakin mövcud sementin bazara çıxarılması üçün aylarca vaxta ehtiyac olduğu bildirilib.
Qeyd edək ki, Arta Ərdəbil Sement Şirkəti 1987-ci il iyunun 15-də təsis edilib, zavod bu müddətdə bölgədə inşaat sektorunun sementə olan tələbatını ödəməkdə böyük rol oynayıb.