Vaxt.Az
Smartfon sahiblərinin diqqətinə!
Məlumatlarınız oğurlanır...
Amerikanın Milli Təhlükəsizlik Agentliyi (MTA) üç populyar smartfon platformasındakı məlumatları ələ keçirə bilir. Bu barədə Almaniyanın Spiegel jurnalı məlumat yayıb.Milli.Az ICTnews-a istinadən bildirir ki, Amerikanın kəşfiyyat qurumları strukturu daxilində bu və ya digər platformalarla iş üzrə xüsusi qruplar yaradıb. Sözügedən qrupun vəzifəsi kontakt siyahılar, SMS trafik, istifadəçilərin yerləşmə mövqeyi haqqında məlumatlar, həmçinin bəzi işçi sənədlərin ələ keçirilməsindən ibarətdir. Məqalədə qeyd edilib ki, MTA ən azı iPhone smartfonunun 38 funksiyasına çıxış imkanına malikdir, bundan başqa qurum istifadəçilər sinxronlaşdırma üçün mobil qurğularını kompüterə qoşduqda ona giriş əldə edir.
Məqalədə konkret nümunə, məlumat göstərilmir. Spiegel jurnalının jurnalistləri bununla bağlı BlackBerrynin mətbuat xidmətinə müraciət ediblər, lakin Kanada şirkəti MTA ilə mümkün əməkdaşlıqla bağlı şərh
bildirməkdən imtina edib.
10.09.2013 çap et