Vaxt.Az

«İnvestisiyalar 200 milyon dollara çatıb»


 

Poroşenko: «Ukrayna Dağlıq Qarabağdakı separatçı rejimi heç vaxt tanımayacaq»

«İnvestisiyalar 200 milyon dollara çatıb» Azərbaycanın Ukraynaya yatırdığı investisiyaların həcmi 200 milyon dollara çatıb. Bunu Davosda Dünya İqtisadi Forumu çərçivəsində ukraynalı həmkarı Petro Poroşenko ilə görüşdə Azərbaycan prezidenti İlham Əliyev deyib.

«Bu gün Azərbaycanın Ukraynaya yatırdığı investisiyaların həcmi 200 milyon dollara çatıb», - deyə dövlət başçısı bildirib.

İki ölkə lideri söhbət zamanı Ukrayna iqtisadiyyatına yatırılan bu investisiyaların həcminin artırılması üzrə layihələri də müzakirə ediblər.

Ukrayna prezidenti Azərbaycan neftinin Ukraynaya tədarükünün bərpa olunması münasibəti ilə İlham Əliyevi təbrik edib.

Bununla yanaşı Poroşenko Azərbaycan prezidentini ölkəsinə səfərə dəvət edib.

Ukrayna Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağ regionunda yaradılan separatçı rejimi heç vaxt tanımayacaq. Bunu isə Davosda Dünya İqtisadi Forumu çərçivəsində azərbaycanlı həmkarı İlham Əliyev ilə görüşdə Ukrayna prezidenti Petro Poroşenko deyib.

«Mən dəqiq vurğulamaq istəyirəm ki, Ukrayna Dağlıq Qarabağın sənədlərinin müvafiq sertifikatlaşdırılmasını qəbul etmir və etməyəcək və biz Azərbaycanın Krım ilə bağlı tutduğu analoji mövqeyi alqışlayırıq», - deyə o bildirib.

 





18.01.2017    çap et  çap et