Virtualaz.org bildirir ki, xəbəri «Novosti Armeniya» yayıb.
«Sergey Lavrov iki gün əvvəlki mətbuat konfransında bizim mövqemizi tam təfərrüatı ilə ifadə etdi. Düzü, mənim hətta nəsə əlavə etmək üçün heç bir sözüm yoxdur», - deyə Zaxarova vurğulayıb.
Xatırladaq ki, Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov yanvarın 17-də keçirilən mətbuat konfransında Qarabağla bağlı suala cavab verərkən demişdi: «Bu artıq abstrakt məsələ deyil və Dağlıq Qarabağ münaqişəsi müstəsna olaraq Azərbaycanın daxili işi də deyil».