Vaxt.Az

Tramp Amerikanı «birləşdirəcəyinə» söz verib


 

«Biz bir çox onilliklər ərzində ölkəmizdə edilməyənləri edəcəyik»

Tramp Amerikanı «birləşdirəcəyinə» söz verib ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Vaşinqtonda keçirilən andiçmə mərasiminin ərəfəsində baş tutan konsert zamanı seçicilərinə Amerikanı «birləşdirəcəyinə» söz verib.

«Biz ölkəni birləşdirməyə niyyətliyik. Biz Amerikanı bütün xalq üçün qüdrətli etmək istəyirik», cənab Tramp 2 saatlıq konsertin sonunda bildirib.

Donald Tramp, həmçinin, amerikalılara dəyişiklik, yeni iş yerlərinin yaradılması, sərhədlərin möhkəmləndirilməsi və ordunun gücləndirilməsi barədə vəd verib.

«Biz bir çox onilliklər ərzində ölkəmizdə edilməyənləri edəcəyik», ABŞ-ın seçilmiş prezidenti söz verib.

Konsertdə qonaqlar arasında aktyor Con Voyt (Jon Voight) və soul müğənnisi Samuel Deyvid Mur (Samuel David Moore) iştirak edib.

Konsertdən əvvəl Donald Tramp ABŞ-ın iştirak etdiyi müxtəlif müharibələrdə həlak olmuş 200 min qazinin dəfn edildiyi Arlinqton Milli qəbiristanlığını ziyarət edib.

Cümə axşamı Vaşinqtona gələn cənab Tramp Ağ Ev-ə yaxın məsafədə yerləşən və özünə məxsus olan «Trump International» otelində qalıb.

Gələcək prezident administrasiyasının üzvlərinin dəvət edildiyi rəsmi səhər yeməyində Donald Tramp həyat yoldaşı Melania ilə birlikdə iştirak edib.

 





20.01.2017    çap et  çap et