Vaxt.Az

Poroşenkonun şirkətinə qadağa


 

«Roshen»lərə qarşı «qara təbilğat» öz bəhrəsini verdi

Poroşenkonun şirkətinə qadağa

Ukrayna prezidenti Petro Poroşenkoya məxsus «Roshen» şirkətinin Rusiyanın Lipetsk şəhərindəki fabriki fəaliyyətini dayandırır.

APA-nın RBK-ya istinadən verdiyi məlumata görə, şirkət siyasi-iqtisadi səbəblərlə istehsal fəaliyyətini dayandırmaq qərarına gəldiyini açıqlayıb. Müəssisənin tam dayanması və konservasiyası bu ilin aprelində həyata keçiriləcək.     

«2013-cü ildən başlayaraq fabrikin istehsalı üç dəfə azalıb. Səbəb «Rospotrebnadzor»un 2013-cü ildə «Roshen»ə məxsus Ukrayna xammalının idxalını qadağan etməsi, Rusiya kütləvi informasiya vasitələrində aparılan fəal antiukrayna təbliğatı və piştaxtalarda «Roshen» istehsalı olan məhsulların yerləşdirilməsinə qoyulan qadağalardır», – deyə şirkətdən bildirilib.

İstehsalın azalması səbəbindən müəssisədə kütləvi ixtisarlar aparılıb. Qalan 700 işçiyə fabrikin bağlanacağı elan edilib.

Qeyd edək ki, 2015-ci ilin aprelində Rusiyada Lipetskdə yerləşən «Roshen» fabrikinə qarşı cinayət işi qaldırılıb. Ukrayna prezidenti Pyotr Poroşenko isə müəssisəni satmaq istədiklərini, lakin buna maneələr yaradıldığını bəyan edib.

 





20.01.2017    çap et  çap et