ABŞ prezidenti olaraq ilk addımlarını atan Donald Tramp əvvəlki administrasiyadan miras qalmış səhiyyə sisteminə aid sərəncama imza atıb. Sərəncam «Obamacare» adı ilə tanınan sığorta proqramı ilə bağlı «tənzimləmənin məhdudlaşdırılmasını» nəzərdə tutur.Donald Tramp həmçinin yeni təyinatlarla bağlı təkliflərini Senata göndərib.
Cümə günü inauqurasiya nitqində Amerikanın sayca 45-ci prezidenti ABŞ maraqlarını hər şeydən üstün tutmağı vəd edib.
Donald Tramp-ın seçilməsilə bağlı dünya boyu Qadınlar Yürüşü («Women's March») keçirilir.
Yürüş iştirakçıları yeni admınistrasiya tərəfindən təhlükə altında olduğu iddia edilən irq və gender bərabərliyi məsələlərini diqqət mərkəzində çəkmək niyyətindədirlər.
çap et