Vaxt.Az

«Ac dünya heç vaxt sağlam dünya ola bilməz»


 

Dünya Ərzaq Proqramının «yol xərtiəsi» hazırlanıb

«Ac dünya heç vaxt sağlam dünya ola bilməz» Dünya Ərzaq Proqramının (DƏP) icraçı direktoru Ertarin Kazin Davosda keçirilən Dünya İqtisadi Forumunda çıxış edərək, 2030-cu ilə qədər bütün dünyada aclığın kökünün kəsilməsinə dair «yol xəritəsi» – konkret kollektiv tədbirlər planı təqdim edib.

Ertarin Kazin biznesmenlərə xatırladıb ki, müasir bolluq dünyasında 800 milyona yaxın insan doyunca yeməməkdən və aclıqdan əziyyət çəkir.

Azərtac BMT Xəbər Mərkəzinə istinadla bildirir ki, E.Kazin deyib: «Ac dünya heç vaxt sağlam dünya ola bilməz». Onun fikrincə, aclığın kökünü artıq indiki nəslin həyatı dövründə kəsmək mümkündür, lakin bunun üçün bütün beynəlxalq birliyin səyləri birləşdirilməlidir.

DƏP rəhbəri beynəlxalq korporasiyaların, milli biznes şirkətlərinin liderlərini dünyada aclığa qarşı mübarizənin innovasiyalı metodlarına qoşulmağa, ehtiyacı olan insanların qida məhsulları, ərzaq vauçerləri və maliyyə vəsaitləri ilə təmin edilməsi layihələrini dəstəkləməyə çağırıb.

 





21.01.2017    çap et  çap et