Vaxt.Az

Otağınızın rəngi xarakteriniz göstərir


 

Bütün hallarda ən əsası bol günəş işığı, hər şeyin bir-birinə uyğunluğu və tamamlamasıdır

Otağınızın rəngi xarakteriniz göstərir Başınızı qaldırın və diqqətli bir şəkildə evinizdəki otaqlarda istifadə etdiyiniz rənglərə baxın, çünki onlar şəxsiyyətiniz haqqında bir çox ip ucu verir.
İsti rənglər...
Günəş və atəş tonları yəni sarıları turuncuları istifadə edənlərin ümumiyyətlə xoşbəxt və qonaqpərvər şəxsiyyəti vardır. Eiseman «İsti rəngləri istifadə edənlər yoldaş canlısı olarlar və evlərində hər daim qonaq ağırlamaqdan xoşlanarlar» deyir. Bu rənglərin enerji verdiyini söyləyən Eiseman, yalnız bu rəngləri istifadə etmənin, çox göz almasını maneə törətmək üçün qrimsi mavi və ya yaşıl mebellər ilə dəstəkləyin deyir.
Açıq rənglər...
İnsanlar bir şəkildə təbiəti evlərinə daşıyırlar. Edilən araşdırmalarda, insanlar açıq mavilər, lavanta və yaşıl rəngləri seçdikləri ortaya çıxmış. Yəni necə təbiət insanları rahatlaşdırırsa, bu izləri insanlar evlərinə daşıyırlar. Texas Dövlət Universiteti iç memarlıq professoru, açıq rənglərin daha az sıxlığı olduğundan gözlər içində çox yorucu olmadığını söyləyir. Əgər bu rəngləri seçənlərdənsinizsə, kaotik dünyada evinizin sizi rahatlaşdırmasını və sakitləşdirməsini gözləyənlərdənsiniz. Bu rənglərin çox donuq və boğucu yəni hüznlü bir ev olmaması üçün turuncu, sarı və ya qəhvə rəngi mebellər ilə tarazlaşdıra bilərsiniz.
Ləl-cəvahirat tonları...
Safir, ametist, topaz, yaqut ya da zümrüd yaşılını seçənlərdənsinizsə, məşhurlar kimi xaricə dönük, etibarlı və yaradıcısınız. «Bu rəngləri seçən insanlar, ümumiyyətlə ətraflarından çox təsirlənərlər» . Bu rənglərlə otağınız çox aksessuar istifadə etmədən də möcüzəli görünər. Eiseman: «Kiçik duşunuzu tünd maviyə rəngləsəniz, içərisi çox qaranlıq və dar görünər lakin safirə rəngləsəniz, rəngin açıqlığı ilə birlikdə duşunuz sanki böyüyən və dinamik bir yer kimi görünər. Bu rəngləri sevirsiniz lakin hər yerə tətbiq etməkdən qorxursunuzmu? Evinizdə ən az istifadə etdiyiniz bir yerdə təcrübənin, baxın necə dayanacaq və sizə necə hiss etdirəcək».
Təbii rənglər...
Dəniz kənarındakı daş rəngləri, qranit, boz, qəhvə rəngi,  ya da  fil dişi rənglərini seçənlərdənsinizmi? «Praktik bir insansınız və otağınızın rəngini davamlı dəyişdirməkdən xoşlanmırsınız». Siz divarların sadə olub, evin aksessuarlarla rəngləndiriləcəyinə inananlardansınız. Yumşaq parçalarla, taxta, şüşə, metal aksessuarlar və aynaları istifadə etməkdən yanasınız.
 





25.04.2013    çap et  çap et