Vaxt.Az

Metsamorda qəza


 

Ermənistan Atom Elektrik Stansiyasında vəziyyət günbəgün pisləşir

Metsamorda qəza Ermənistanda atom elektrik stansiyasında qəza baş verib. «İnterfaks» bildirir ki, bu barədə Ermənistan baş nazirinin müşaviri Şuşan Sardaryan məlumat verib.

Onun sözlərin görə, yanvarın 21-də atom elektrik stansiyasının enerji təchizatı yüksək gərginlikli elektrik ötürücü xəttində baş vermiş qəza nəticəsində dayandırılıb.

Sərdaryan bildirib ki, qəza nəticəsində üçüncü enerji bloku operativ qaydada işə düşüb və elektrik enerjisini çatışmaması Gürcüstandan təmin edilib.

Baş nazir müşavirinin sözlərinə görə, axşam saatlarında qəza ilə bağlı problemlər aradan qaldırılıb.

 





22.01.2017    çap et  çap et