Vaxt.Az

«Bu ideya qəbuledilməzdir»


 

Poroşenko: «Torpaqlardan imtina etsək, sülh olmayacaq»

«Bu ideya qəbuledilməzdir» Ukrayna Donbasdan və onun sakinlərindən imtina etməməlidir, belə strategiya ölkənin şərqində sülhə gətirib çıxarmayacaq. VAXT.AZ APA-ya istinadən xəbər verir ki, bunu Ukrayna prezidenti Petro Poroşenko bəyan edib.

P.Poroşenko deyib ki, Ukraynada xəlvət və sakit formada Donbasdan və onun sakinlərindən imtina edilməsini istəyən siyasi qüvvələr var. Bu ideyanı qəbuledilməz sayan P.Poroşenko torpaqlardan imtinanın sülhə gətirməyəcəyini vurğulayıb.

Qeyd edək ki, Ukrayna Ali Radasının bir neçə deputatı rəsmi Kiyevi nəzarətdən kənarda olan Luqansk və Donetsk vilayətlərinin ərazilərinə iqtisadi blokada tətbiq etməklə kifayətlənməməyə, faktiki onlardan imtina etməyə çağırıb. Məsələn, keçən ilin dekabrında deputat Semyon Semyonçenko Ali Radaya Luqansk və Donetsk vilayətlərinin nəzarət edilməyən ərazilərinin müvəqqəti təcrid edilməsini və güclü təhlükəsizlik zolağı yaradılmasını təklif edib. 

 





22.01.2017    çap et  çap et