Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən Multikulturalizm və Tolerantlıq layihəsinin sərgisi bazar günü, 25 dekabrda baş tutub. Sərgidə gənc fotoqraflar və fotoqrafiya həvəskarları tərəfindən çəkilən şəkillər nümayiş olunub.
Sərgi müxtəlif yaş təbəqələrindən olan insanlar tərəfindən maraqla qarşılanıb. Belə ki, sərgiyə baxmağa gələnlər arasında məktəblilər, tələbələr və daha yaşlı nəslin nümayindələri var idi.
Multikulturalizm və Tolerantlıq layihəsinin əsas məqsədi Azərbaycan gənclərinin tolerantlıq və multikulturalizm anlayışlarının genişləndirilməsidir. Layihə çərçivəsində gənc fotoqrafiya həvəskarları üçün fotojurnalistika üzrə 2 günlük təlim keçirilib. Həmçinin, daha öncə layihənin iştirakçıları üçün film nümayişi baş tutub.
çap et