Lakin bir milyardlıq itkiyə baxmayaraq, Soros öz fikrində qalır. O, Davosda Ümumdünya iqtisadi forumunda birmənalı qaranlıq proqnozla çıxış edib: «Tramp diktator olmaq istəyəsi fırıldaqçıdır».
Sorosun sözlərinə görə, oyunçular gec-tez oyanacaq və bazarlarda tənəzzül doğuracaqlar. Ya da Tramp öz siyasəti ilə uduzacaq. Soros Davosda deyib: «İnamsızlıq ən yüksək həddədir, inamsızlıq isə yatırımın düşmənidir».
«Birja oyunçuları hələ Donald Trampın qələbəsini qeyd edirlər, lakin gerçəklik haçansa üstün gələcək».
Dünya bir sıra risklərə məruz qalır
Son zərərinə baxmayaraq, 86 yaşlı maliyyəçi dünyada ən uğurlu yatırımçı sayılır. Mənşəcə macar olan Soros hələ uşaq ikən nasistlərdən qaçmağa məcbur olub və demək olar, heç nədən 25 milyard dollarlıq sərvət yığıb. O, bu gün dünyanın 30 ən varlı adamının siyahısındadır. O, hazırda dünyanı təhdid edən tam bir silsilə risklər görür. Məsələn, Soros tam ehtimal edir ki, prezident Tramp Çinlə ticarət müharibəsi açacaq. Ticarət müharibəsindən isə tezliklə əsil müharibə yarana bilər.
O, hesab edir ki, Avropanı da ağır dövrlər gözləyir. Qitə britaniyalıların «Brexit» üzrə səsverməsindən sonra onsuz da möhkəmlik sınağından keçir və bu ayırıcı qüvvələr Trampın seçilməyi nəticəsində daha da möhkəmlənmiş olub. «Avropa dağılsa, onda nəticələr dramatik olacaq. Köhnə dünya yanlış yöndə hərəkət edir».
Avropa Birliyi adamlar üçün olduqca mürəkkəb və gözlənilməz olub. «Adamlar yadlaşma hiss edirlər, antiavropa partiyalar isə öz nüfuzlarını gücləndirirlər».
Bu, Sorosun ilk qaranlıq ssenarisi deyil
İlk dəfə deyil ki, Soros Davosda qaranlıq ssenari təqdim edir. O, keçən il Çinin süqutuna ümid edirdi. Həqiqətən də, hərrac başlandı, lakin Pekin hökuməti tədbirlər görüb və durumu dəyişməyə nail olub. O, indi Trampın seçilməsi nəticəsində Çini daha güclü görür. Onun sözlərinə görə, Kommunist partiyası yeni ittifaq və sazişlər bağlayır. Soros deyib: «Çin açıq və qapalı cəmiyyətin arasında yolayrıcındadır».
Amma Soros bu il bədin köklənmiş yeganə superinvestor deyil. «Bridgewater» şirkətindən Rey Dalionun etirafı gurultu qoparıb. «Mən populimzdən qorxuram». Çünki bu fenomenə qarşı mübarizə aparmaq çox çətindir. O, hesab edir ki, klassik iqtisadi və maliyyə böhranından fərqli olaraq, heç bir emissiya bankı yatırım yoluyla dünyanı xilas etmək iqtidarında deyil.
Ümumdünya iqtisadi forumunda ümumi inamsızlıq hökm sürür.
«Hermitage Capital» yatırım fondunun qurucusu Bill Brauder artıq 21-ci ildir Davosa gəlir: «İlk dəfədir, heç kim əsla bilmir ki, inkişaf hansı yöndə gedəcək».
Müəyyən mənada hamı uçuruma baxır. (strateq.az)