ABŞ-ın BMT-də İsrailin məskənlərini tənqid edən qətnaməyə qarşı vetosundan istifadə etməməsi İsrailin hakim koalisiyasını gəzəbləndirmişdi.
Beynəlxalq qanunla şərqi Yerusəlimdə məskənlərin tikilməsi qadağandır, lakin İsrail bunu təkzib edir.
Nazirlər kabinetinin bazar günü keçirilmiş iclasında baş nazir Benyamin Netanyahu cənab Trampla bazar günü axşam danışacağını bildirib.
«İsrail-Fələstin məsələsi, Suriyadakı vəziyyət və İrandan təhlükə daxil olmaqla aramızda çoxlu müzakirə ediləcək mövzu var», o deyib.
Fələstin prezidenti Mahmud Abbasın sözçüsü Nabil Abu Rdainah «biz İsrailinin tikintini təsdiqləmə qərarını şiddətlə qınayırıq» deyib.
Yerusəlim merinin müavini Meir Turqeman AFP xəbər agentliyinə deyib ki: «Mənə Trampın prezident olmasını gözləməyi demişdilər, çünki onun Yerusəlimdə tikintilərlə problemi yoxdur».
«Donald Trampın prezident olması ilə oyunun qaydaları dəyişib. Bizım əl-qolumuz artıq Barak Obamanın dövründəki kimi bağlı deyil», o əlavə edib.