Vaxt.Az

Bu yazını oxuyun ki, sonra peşman olmayasınız


 

Toya dəvət olunacaq qonaq siyahısının hazırlanması qaydaları

Bu yazını oxuyun ki, sonra peşman olmayasınız Toyunuz var və qonaq siyahısı hazırlamanız lazımdır. Belə bir probleminiz varsa, qonaq siyahısının necə hazırlanacağını, hazırlayarkən nələrə diqqət yetiriləcəyini və kimisə yaddan çıxarmamaq üçün nələr etməlisiniz? Bu yazımızda sizlərə bir az bunlardan bəhs edəcəyik buyurun.
İlk hazırlıq
İlk olaraq əlinizə bir kağız və qələm alın, ağılınıza gələn adları yazın. Ailənizdən başlamanız sizin üçün daha yaxşı olacaq. Daha sonra da dostlarınız və ailənizin dostlarına keçə bilərsiniz. Eyni əməliyyatı kürəkən namizədinin də etməsini istəyin.
Kömək
Qonaq siyahısını hazırlayarkən mütləq ailə böyüklərindən, ananızdan ya da atanızdan da kömək istəyin. Məsələn: siz öz dostlarınızı yazarkən onların da bir siyahı tutmalarını istəyə bilərsiniz. Beləliklə heç kimi yaddan çıxarmamış olarsınız.
Büdcə
Toy mərasiminizin nə şəkildə olacağı da qonaq siyahısında əhəmiyyət daşıyır. Əgər möhtəşəm bir toy olacaqsa ,yəni çox adamı çağıracaqsınızsa problem yaranmaz, lakin sadə ailə arasında bir mərasim düşünürsünüzsə bu halda diqqətli olmalısınız. Bu cür vəziyyətlərdə bəzən problemlər, incikliklər yaşana bilir. Ən yaxınlarınızda başqa çox adamı çağırmaya bilərsiniz. Eyni zamanda uşaqların gətirilməməsini dəvətnamənizin bir küncünə yaza bilərsiniz.
Diqqət yetirilməsi lazım olanlar
Qonaq siyahısını ən az 3 ay əvvəldən hazırlamalısınız.
Toydan 2 ay əvvəl dəvətnamə modelini və sayını təyin etməlisiniz.
Dəvətnaməyə bir telefon nömrəsi də əlavə edərək, dəvət etdiyiniz insanların gəlib-gəlməyəcəklərini sizə bildirə bilmələrini təmin etməlisiniz.
Şəhər xaricindəki qonaqlara dəvətnamələrini daha əvvəl göndərməlisiniz.
Dəvətnamə sayını təyin edərkən son anda ola biləcək çatışmazlıqlara qarşı bir az daha çox hazırlıqlı olmalısınız.
 





28.05.2013    çap et  çap et