Vaxt.Az
Bakı Fond Birjasında «ixtisar»
5 şirkətin üzvlüyünə xitam verildi
«Bakı Fond Birjası» QSC-də (BFB) 5 şirkətin üzvlüyünə xitam verilib. Birjadan «Trend»ə verilən məlumata görə, «Bakı Fond Birjası» QSC-nin (BFB) Üzvlük Komissiyasının qərarı ilə 2016-cı ilin yanvar ayından etibarən üzvlüyü dayandırılmış «BROKDİL-AZ» MMC, «Çelsi Kapital» MMC, «Bob Broker» MMC, «Standard Kapital» MMC və «Dəmir investisiya şirkəti» QSC «Qiymətli kağızlar bazarı haqqında» Azərbaycan Respublikasının Qanunu və BFB-nin Üzvlük qaydalarına uyğun olmadıqlarına görə BFB-də üzvlüyünə xitam verilib.Qeyd olunmuş təşkilatların qanunvericiliyə uyğunlaşması üçün lazımi prosedurlar bitdikdən sonra onların üzvlüklərinin yenidən bərpasına baxılması BFB tərəfindən nəzərdən keçiriləcək.
Qeyd edək ki, «BROKDİL-AZ», «Bob Broker» MMC, «Standard Kapital» MMC və «Dəmir investisiya şirkəti» QSC BFB-nin səhmdarları olmaqda davam edirlər.
Hazırda BFB-nin «Kapital Menecment İ.Ş. ASC», «İnvest-AZ İ.Ş. QSC», «Az-Finans İ.Ş. QSC», «Unicapital İ.Ş. ASC», «Paşa Kapital İ.Ş. QSC» və «PSG-Kapital İ.Ş. QSC» daxil olmaqla 6 üzvü var.
25.01.2017 çap et