Vaxt.Az

«Bu ABŞ üçün yaxşı deyil»


 

Makkeyn Trampın fərmanını dəyərləndirdi: «Çin üçün yolları açacaq»

«Bu ABŞ üçün yaxşı deyil» Prezident Donald Trampın ABŞ-ın Trans-Sakit Okean Tərəfdaşlığı sazişindən çıxmasına dair qərarı Amerikanın maraqlarına cavab vermir və Çinin iqtisadi gücünün daha da artmasına gətirib çıxaracaq. Bunu respublikaçı-senator Con Makkeyn bildirib.

Qeyd edək ki, D.Tramp müvafiq fərmanı yanvarın 23-də imzalayıb.

«Mən Asiya ölkələrinin liderləri ilə danışmışam, onların hamısı hesab edir ki, bu qərar Çin üçün yolları açacaq. Mənim fikrimcə, bu ABŞ üçün yaxşı deyil», – deyə Makkeyn qeyd edib.  

Onun sözlərinə görə, ABŞ bu qərarla geriyə addım atmış olub, çünki, dünya iqtisadiyyatının 60 faizi məhz  Asiya-Sakit Okean bölgəsində cəmləşib.

«ABŞ-ın Trans-Sakit Okean Tərəfdaşlığından çıxmaq qərarı məhvedicidir, bu Çinin iqtisadi üstünlük əldə etməsinə gətirib çıxaracaq», – deyə Makkeyn qeyd edib.

 





25.01.2017    çap et  çap et