ABŞ-ın NBC telekanalının tanınmış «Saturday Night Live» verilişinin ssenari müəllifi Keti Riç «Twitter» hesabında ölkə prezidenti Donald Trampın kiçik oğlu, 10 yaşlı Barron Trampa qarşı təhqiredici ifadələr işlətdiyinə görə, müvəqqəti işindən uzaqlaşdırılıb.«Trend»in «New York Times» nəşrinə istinadən verdiyi məlumata görə, K.Riç «Twitter» hesabında qeyd edib ki, B.Tramp gələcəkdə oxuduğu məktəbdə silahlı insident törədəcək şagird ola bilər.
K.Riç twitter hesabında paylaşdığı həmin yazını sonra silib, əvəzində isə yersiz hərəkətinə görə üzrxahlıq edib.
Qeyd edək ki, ABŞ məktəblərində və ali təhsil müəssisələrində insan ölümləri ilə nəticələnən silahlı atışmalar tez-tez baş verir.
çap et