Vaxt.Az

Gizli hesabat ələ keçdi


 

Ölməyə hazır hala gəliblər

Gizli hesabat ələ keçdi FETÖ-nün toruna saldığı hərbi kursantlar üçün hazırladığı tədris planı kitabçası ələ keçib. 15 İyul çevriliş cəhdinin alt planının necə hazırlandığını «çılpaqlığı ilə» ortaya qoyan sənəddə kursantların təşkilat lideri Gülən üçün ölməyə hazır hala gətirilməsi əsas vəzifə kimi qeyd edilib.

Milli.Az Milliyet-ə istinadən xəbər verir ki, paralel tədris planı kitabçasında hərbi şagirdlərdən məsul imamlara ev və yataqxana mühitlərində tətbiq edəcəkləri təhsil proqramı ən incə detalına qədər incələnib.

Fətulla Gülənin məlumatı əsasında hazırlanan paralel kurikulum proqramı il ərzində və yay proqramından ibarət olmaqla iki əsas hissədən ibarətdir. Hər sinif üçün ayrı-ayrı hədəflərin təyin olunduğu proqramda tədris kitabları, yazılar və dinlədiləcək seminar kasetləri bir-bir yer alıb. FETÖ-nün tədris planı kitabçası dini istismar edən təşkilatın toruna saldığı hərbi tələbələrin beyinlərini asta-asta necə yuduğunu və 15 İyul çevriliş cəhdinə gedən yolun psixoloji olaraq beyinlərinə necə yeridildiyini açıq-aşkar göstərir.

 





26.01.2017    çap et  çap et