Vaxt.Az

Xəzərlə statusu ilə bağlı irəliləyiş


 

«Konvensiya layihəsi qəbul olunmağa çox yaxındır»

Xəzərlə statusu ilə bağlı irəliləyiş Biz Astanada keçiriləcək Xəzəryanı ölkələrin növbəti sammitində konvensiya layihəsinin imzalanması istiqamətində iş aparırıq.

APA-ya xəbər verir ki, bu sözləri Rusiya prezidentinin MDB ölkələri ilə dövlət sərhədlərinin delimitasiyası və demarkasiyası üzrə xüsusi nümayəndəsi, Rusiya XİN-in xüsusi tapşırıqlar üzrə səfiri İqor Bratçikov deyib. O bildirib ki, növbəti sammitin tarixini Qazaxıstan tərəfi müəyyənləşdirməlidir: «Böyük ehtimalla sammit bu il Astanada baş tutacaq».

İ.Bratçikov işçi qrupun Bakıda keçirilən iclasını müsbət qiymətləndirib: «Danışıqlarda hər zaman çətinliklər mövcuddur. Hər bir ölkə öz mövqeyini irəli sürür və müdafiə edir. Lakin biz ortaq məxrəcə gələ bilirik. Bu, çox yaxşı göstəricidir ki, konvensiya qəbul olunmağa çox yaxındır».

 





26.01.2017    çap et  çap et