O bildirib ki, Ağ Evdə Dairəvi kabineti və Con Kennedi, Ronald Reyqan, Bill Klinton və Barak Obamanın arxasında işlədiyi yazı masasını bəyənib.
D.Tramp vurğulayıb: «Telefonlar həyatımda gördüyüm ən gözəl aparatlardır. Ən təhlükəsiz sistemlə işləyirlər. Məşvərətçilərimin etirazlarına baxmayaraq, mən özümün köhnə «Android» telefonumdan istifadə edirəm yenə, elə onunla «Twitter»də yazıram.
Səhərlər saat 6-dan öncə qalxdığını, xəbərlər proqramını izlədiyini deyib. Qəzetləri oxumaqla vaxt keçirdiyini, kitab isə heç oxumadığını deyib. Saat 9-da köməkçiləri ilə işi başlayır.
Onun sözlərinə görə, həyat yoldaşı Melaniya və oğlu Berron artıq Ağ Evi tərk ediblər, çünki oğlu builki tədris ilini Nyu-Yorkdakı məktəbdə bitirməlidir. İnauqurasiyadan sonra qızı İvanka da həyat yoldaşı ilə onu tərk edib öz evlərinə gediblər.
O, fevralın əvvəlində Floridadakı malikanəsinə getməyi düşündüyünü bildirib.